“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri
Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.
“Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar mövcuddur. Mal və məhsulların kifayət qədər ehtiyatı var. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq”.
Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələləri Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə bağlı ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yük daşımalara şamil edilmir”.
Nazir son günlər ticarət mərkəzlərində, mağazalarda müşahidə olunan istehlakçı davranışına dünyanın hər yerində rast gəlindiyini, lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşmasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olmadığını diqqətə çatdırıb.
M. Cabbarov bir daha əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları təchizatında heç bir narahatlıq olmadığını qeyd edib.