Mərkəz rəhbəri: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyub”

Mərkəz rəhbəri: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyub” “Azərbaycan cəmiyyətində qadınların rolu getdikcə artır. Qadınlar müxtəlif sahələrdə, o cümlədən təhsildə, siyasətdə, biznesdə, incəsənətdə fəal iştirak edir, ölkənin inkişafına mühüm töhfələr verirlər”.
Sosial müdafiə
10 Aprel , 2023 12:39
Mərkəz rəhbəri: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyub”

“Azərbaycan cəmiyyətində qadınların rolu getdikcə artır. Qadınlar müxtəlif sahələrdə, o cümlədən təhsildə, siyasətdə, biznesdə, incəsənətdə fəal iştirak edir, ölkənin inkişafına mühüm töhfələr verirlər”.

Bunu “Report”a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir: “Ölkəmizdə dövlət qadın siyasətinin müəllifi olan ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun gücləndirilməsi məsələsini hər zaman diqqətdə saxlayıb. Dahi şəxsiyyət qadınların dövlət strukturlarında, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb, qadın hüquqlarının qorunması ilə bağlı mühüm qərarlar verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasəti uğurla davam etdirilir”.

Mərkəz rəhbərinin sözlərinə görə, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyinin əsas istiqamətlərindən birinə çevrilib: “Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimizin, xalqımızın rifahı üçün gördüyü işlər, xeyirxah əməlləri bu gün Azərbaycan qadınının tərəqqi yolunda olduğunu təsdiqləyir. Ümumilikdə, son illərdə ölkədə gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılması istiqamətində görülən işlər qadınların əmək fəaliyyətində daha da fəal olması və cəmiyyətin müxtəlif sahələrində liderlik rolunu öz üzərinə götürməsi üçün geniş imkanlar açır. Bu baxımdan qadınlarımız dövlətin yaratdığı bütün bu imkanlardan yararlanmaq üçün səylərini gücləndirməlidir”.

Aynur Musayeva
Aynur Musayeva

A.Musayeva bunun üçün ən vacib addımlardan birinin qadınların, xüsusən də, kənd yerlərində yaşayan qızların təhsilinin təşviq edilməsi olduğunu vurğulayıb: “Bu, onlara nəinki bilik və bacarıqlar qazandıracaq, həm də özünə inamını artıracaq. Bundan başqa, qadınlar maraq duyduqları və ya istedadlı olduqları sahələrdə bacarıqlarını inkişaf etdirməli, rəqəmsal biliklərə yiyələnməlidirlər. Onlar bunu təlim proqramları, seminarlar, ya da iş yerində öyrənmə imkanları vasitəsilə edə bilərlər. Qadınlar ən son tendensiyalar və inkişafdan xəbərdar olmaqla, dünyagörüşünü genişləndirməlidir. Bütün bunlarla yanaşı, qadınları öz bizneslərini qurmağa təşviq etmək və onlara lazımi təlim vermək lazımdır”.

“Bu istiqamətdə dövlətin çoxşaxəli dəstəyindən istifadə etmək mümkündür. Bir sözlə, qadınlar ictimai fəallığını artırmaq üçün ölkəmizdə olan münbit şəraitdən maksimum dərəcədə yararlanmağa çalışmalıdırlar. Azərbaycan qadınlarının cəmiyyətdə rolunun daha da gücləndirilməsi, gender bərabərliyinin təşviqi, qadınların səlahiyyətlərinin genişləndirilməsi, sahibkarlıqla məşğulluğu onların iqtisadi müstəqilliyini artırmağa kömək etməklə yanaşı, ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”, - mərkəz rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi