Bakı. 27 fevral. REPORT.AZ/
"Report" xəbər verir ki, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olub.
İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib.
Leyla Əliyeva
Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirib.
“Uşaqlar ölkənin gələcəyi, millətin ümidləridir. Biz 2 saylı uşaqlar evində yaradılan yüksək şəraitə, təhsil avadanlığına və güclü müəllim heyətinə görə ürəkdən şadıq. Buradakı uşaqlar bütün lazımi vasitələrlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, yenə xoşbəxtdirlər. Çünki onlar hər cür qayğı ilə əhatə olunublar”, – deyən diplomat diqqətə çatdırıb ki, bu, Prezident
Səfir uşaqlara xoşbəxt həyat, güclü və sağlam böyüyərək qabiliyyətli şəxslər kimi yetişməyi, gələcəkdə onların da Çin-Azərbaycan dostluğuna töhfə vermələrini arzulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış olublar. Uşaqlar öz əsərləri barədə məlumat veriblər.
Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.