Lənkəranda 9 May - Qələbə Günü qeyd edilib - FOTO

Lənkəranda 9 May - Qələbə Günü qeyd edilib - FOTO Lənkəran. 9 may. REPORT.AZ/ Lənkəran şəhərində 9 may - Qələbə Günü qeyd edilib.
Sosial müdafiə
9 May , 2018 13:06
Lənkəranda 9 May - Qələbə Günü qeyd edilib - FOTO

Lənkəran. 9 may. REPORT.AZ/ Lənkəran şəhərində 9 may - Qələbə Günü qeyd edilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd olunub. 

Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında ümumrayon tədbiri keçirilib. 

İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları Həzi Aslanovun əzəmətli abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. 

Respublikanın Xalq artisti Qabil Quliyevin aparıcılığı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəblilərin qəhrəmanlıq, ana, vətən mövzusunda söylədikləri şeirlər iştirakçılarda xoş təəssürat yaradıb.

Daha sonra Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyinə baş çəkən rayon rəsmiləri qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar.

Bayram şənliyi ziyafət stolu arxasında davam etdirilib. Bayram sevincini veteranlarla bölüşən icra başçısı T.Qaraşov onlara göstərilən yüksək dövlət qayğısından söz açıb, bütün lənkəranlı müharibə veteranlarına və arxa cəbhənin iştirakçılarına ən xoş və səmimi arzularını çatdırıb.

Rayonun müharibə veteranları və arxa cəbhə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi