Körpələrə Qansız, Bostan, Piriş, Həftik, Hərdəm, Göygöz adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI

Körpələrə Qansız, Bostan, Piriş, Həftik, Hərdəm, Göygöz adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI “Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.
Sosial müdafiə
30 Aprel , 2019 16:54
Körpələrə Qansız, Bostan, Piriş, Həftik, Hərdəm,  Göygöz adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI

“Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.

Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb. 

Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, GöygözMəşti adlarının qoyulmasının qarşısı alınıb. Bu adlar tövsiyə edilmədiyi üçün həmin adların uşaqlara qoyulmasına icazə verilməyib”.

Son xəbərlər

Orphus sistemi