Kənan Əkpərov: Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var
Sosial müdafiə
- 29 may, 2025
- 15:35
Hazırda Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiya və sosial müavinət alan vətəndaş var.
"Report" xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Bakıda keçirilən "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkədə ən yaşlı pensiyaçı Lənkəranda yaşayan 135 yaşlı qadındır.
K.Əkpərov gələcək hədəflərdən də bəhs edib:
"2025-2027-ci illərdə əsas hədəf data əsaslı proqramlardan istifadə və süni intellekt əsaslı həllərin yaradılması kimi işlərin həyata keçirilməsidir. Biz artıq 90 faizdən yuxarı elektronlaşmaya nail olmuşuq".
Son xəbərlər
01:11
Foto
Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb
Digər ölkələr00:52
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
Region00:26
Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Fərdi23:49
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib
Digər ölkələr23:09
"Qalatasaray" "Fənərbağça"nı üç cavabsız qolla məğlub edib
Futbol22:55
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Region22:51
Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb
Hadisə22:38
Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Hadisə22:19