Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən internat müəssisələrində məskunlaşan yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən ilin əvvəlinə internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan 611 uşaq olub.
Onlardan ümumi tipli internat məktəblərində 442 uşaq var. Həmin uşaqların 414-ü valideynini itirən və ya valideyn himayəsindən məhrum olanlardır.
Eyni zamanda, 35 nəfər uşaq evlərində, 95-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 39-u isə əqli сəhətdən geri qalan uşaqlar üçün nəzərdə tutulan internat evlərində məskunlaşıblar.
Statistika Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin məlumatlarına əsasən toplanıb.