"İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib

"İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib.
Sosial müdafiə
28 Fevral , 2023 17:53
İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, dövlət rəsmilərinin, Milli Məclis deputatlarının, QHT təmsilçilərinin iştirak etdiyi tədbirin məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin ictimai proseslərində iştirakının təşviqi, eyni zamanda onların bu istiqamətdə fəallığının gücləndirilməsidir.

Konfransda “Zəngəzurun tarixi-etnoqrafik təsviri və gender məsələləri”, “Qərbi Azərbaycanın tarixi memarlıq irsi”, “Qərbi Azərbaycana Qayıdış: vətəndaş cəmiyyətinin vəzifələri”, “Orta dəhliz: regionda sülh” mövzularında çıxışlar dinlənilib, mövzular ətrafında müzakirə aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, ölkənin qarşısında duran əsas məqsəd Azərbaycanın bütün ərazilərində suverən hüquqlarımızın təmin edilməsidir: "Bu prosesə hər kəsin töhfəsi olmalıdır. Qarabağ məsələsində hər birimiz yumruq kimi birləşə bildiksə tarixi torpaqlarımıza qayıdış prossesi də bu cür reallaşacaq. Artıq Xankəndi-Laçın yolunda uzun müddətdir ki, aksiya davam edir. Hazırda ekofəallarımız da həqiqətləri dünyaya çatdırırlar”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçısı Vüsal Qasımlı bildirib ki, azərbaycanlılar Qərbi Azərbaycana qayıdışda müharibə yolunu deyil, sülh yolunu seçir: "Azərbaycan dövləti Laçın-Xankəndi yoluna qayıdıb və biz bu yoldan dönməyəcəyik. Biz Qərbi Azərbaycana qayıdışımızda müharibə yolunu deyil, sülh yolunu seçirik. Biz heç vaxt kiminləsə müharibə etməmişik, daim sülhü seçmişik. Ümid edirəm ki, Ermənistan dövləti də nə vaxtsa bu yolu tutacaq".

Son xəbərlər

Orphus sistemi