Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq

Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq Bakı. 23 fevral. REPORT.AZ/ “İşsizin DOSTu” proqramı üçün rayonların əksəriyyəti üzrə verilən kvotaların növbəti aylarda artırılması gözlənilir”.
Sosial müdafiə
23 Fevral , 2019 12:01
Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ “İşsizin DOSTu” proqramı üçün rayonların əksəriyyəti üzrə verilən kvotaların növbəti aylarda artırılması gözlənilir”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, insanların bu proqrama maraq çoxluğu hökumətə məruzə edilib: “Bu il üçün 30 min kvota nəzərdə tutulsa da, say daha da artırılacaq, hər rayon üzrə əlavə kvota yerləri açılacaq”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər. Bu ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 25 min şəxs belə işlərlə təmin edilib. Proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Son xəbərlər

Orphus sistemi