İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb

Sosial müdafiə
  • 14 fevral, 2018
  • 10:41
İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb
Report/ Elchin Murad

Bakı. 14 fevral. REPORT.AZ/ "Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar".

Bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".