Hicran Hüseynova: "Son dövrlərdə Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir"

Hicran Hüseynova: "Son dövrlərdə Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir" Komitə sədri: "Bu zaman bəzi ailələrdə münaqişələr müşahidə olunur"
Sosial müdafiə
24 May , 2018 10:21
Hicran Hüseynova: Son dövrlərdə Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ "Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, son vaxtlarda Azərbaycanda qadınlar çox inkişaf edib: "Qadınlarımız cəmiyyətdə özlərinə məxsus yer tutmağa çalışırlar. Hətta çox zaman görürük ki, ailədə qadınlar kişilərdən daha çox irəli gedir. Bu zaman isə bəzi ailələrdə münaqişələr müşahidə olunur. Belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, psixoloqlar ailələrə yardım edir, məsləhətlər verirlər. Kiçik problemə görə adam öz ailəsini dağıtmaz. Bir az diqqətli olmaq, uşaqların maraqlarını güdmək lazımdır. Nümunəvi ailələrdən ibrət götürüb inkişaf etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi