Gəncədə peşə tədris mərkəzi qurulacaq

Gəncədə peşə tədris mərkəzi qurulacaq Hazırda yekun işlər gedir
Sosial müdafiə
8 Fevral , 2016 12:04
Gəncədə peşə tədris mərkəzi qurulacaq

Bakı. 8 fevral. REPORT.AZ/ "Gəncədə peşə tədris mərkəzi qurulacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda Gəncədəki peşə tədris mərkəzində yekun işlər gedir: "Gələcəkdə respublikanın bütün regionlarında belə tədris mərkəzlərinin qurulmasını planlaşdırırıq".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il Göyçayda peşə tədris mərkəzinin açıldığını deyən nazir qeyd edib ki, hökumət aktiv məşğulluq tədbirlərinin mühüm halqası olan peşə hazırlıq və yenidən hazırlıq kurslarının, ixtisasın dəyişdirilməsi kurslarının spektrini genişləndirməlidir: "Bu istiqamətdə hazırda işlər həyata keçirilir. Bütün bu işlər işəgötürənlər və işçilər arasındakı disbalansı aradan götürmək üçündür".

Son xəbərlər

Orphus sistemi