Erməni təcavüzündən zərər çəkən ailələrə qeyri-ərzaq dəstləri paylanacaq

Erməni təcavüzündən zərər çəkən ailələrə qeyri-ərzaq dəstləri paylanacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb.
Sosial müdafiə
30 Sentyabr , 2021 16:32
Erməni təcavüzündən zərər çəkən ailələrə qeyri-ərzaq dəstləri paylanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb.

"Report" xəbər verir ki, sənədi Agentliyin sədri Vüqar Behbudov və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso imzalayıb.

V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ötən il Vətən müharibəsində tarixi Zəfər əldə etdi, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına cəmi 44 gün ərzində son qoydu. Qüdrətli Ordumuzla döyüş meydanında bacarmayan Ermənistan silahlı qüvvələri cəbhədən xeyli uzaqda yerləşən şəhər və rayonlarımızı müxtəlif növ silahlarla, o cümlədən raketlərlə atəşə tutdu, mülki şəxsləri qətlə yetirdi, infrastruktur obyektlərinə, mülki əhaliyə külli miqdarda ziyan vurdu.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK tərəfindən müvafiq ləvazimatlar formasında hümanitar yardım göstərilməsi nəzərdə tutulub.

Bu məqsədlə oktyabr ayında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Gəncə, Goranboy rayonlarında yaşayan və erməni təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK-ın yardımı olaraq qeyri-ərzaq dəstləri paylanacaq. Humanitar yardımların ailələrə çatdırılması, bu sahədə nəzarət-monitorinqin həyata keçirilməsi işləri Sosial Xidmətlər Agentliyi tərəfindən yerinə yetiriləcək.

Q.Ambroso bu dəfəki yardımların digər humanitar yardımlardan həcminə görə ciddi fərqləndiyini qeyd edib.

Ümumi dəyəri 738 min ABŞ dolları olan qeyri-qida vasitələrinin ianə edilməsində ciddi nəzarət-monitorinq sisteminin olacağı, prosesə sözügedən regionlarda humanitar yardımlarla bağlı ixtisaslaşmış əməkdaşların cəlb ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi