Elmira Süleymanova: “Hökumətə verdiyimiz təkliflərin 70 faizi icra olunub, 699 məhkum azadlığa buraxılıb”

Elmira Süleymanova: “Hökumətə verdiyimiz təkliflərin 70 faizi icra olunub, 699 məhkum azadlığa buraxılıb” “Azərbaycanda məhkumlarla bağlı hökumətə 600-dən çox təklif vermişik. Onların da 70 faizi həyata keçirilib”.
Sosial müdafiə
18 İyun , 2019 10:23
Elmira Süleymanova: “Hökumətə verdiyimiz təkliflərin 70 faizi icra olunub, 699 məhkum azadlığa buraxılıb”
Ombudsman Elmira Süleymanova / Report/ Elchin Murad

“Azərbaycanda məhkumlarla bağlı hökumətə 600-dən çox təklif vermişik. Onların da 70 faizi həyata keçirilib”.

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, bu günə qədər Ombudsmanın müraciəti əsasında 700-ə yaxın məhbus azadlığa buraxılıb: “Biz bu vəsatətləri məhkumların özləri, onların ailə üzvləri, eləcə də vəkilləri ilə görüşən zaman, həmçinin onların saxlanıldığı müəssisələrdən davranışları haqqında aldığımız məlumatlar əsasında qaldırırıq. Ombudsmanın fəaliyyəti dövründə 699 məhkum bizim vəsatətimiz sahəsində azadlığına qovuşub. Bu, yalnız onların azadlığa buraxılması deyil, onların ailə üzvlərinə, övladlarına sevinc bəxş olunması deməkdir”.

Son xəbərlər

Orphus sistemi