“Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi başlayıb

“Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi başlayıb “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihə təqdim olunub.
Sosial müdafiə
8 İyul , 2022 11:45
“Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi başlayıb

“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihə təqdim olunub.

"Report" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və digər rəsmilər iştirak edib.

S.Babayev əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkədə bu sahədə davamlı işlərin həyata keçirildiyini bildirib. O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının üç dəfə artırıldığını nəzərə çatdırıb: "Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 2500 müharibə iştirakçısı reabilitasiya xidmətlərilə, 1400-dən çox müharibə əlilliyi olan şəxs 19,3 min reabilitasiya vasitəsilə, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs son nəsil müasir protezlərlə təmin edilib".

P.Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq, cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb: "İslahatlar əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcək".

Digər çıxışçılar ölkədə əhalinin sağlamlığının qorunması, o cümlədən əlilliyi olan şəxslərə dövlət qayğısı, onların tibbi-sosial reabilitasiyası və tibbi sığorta sahəsində son illər həyata keçirilmiş layihələr və gələcək hədəflər barədə danışıblar.

Peter Mixalko
Peter Mixalko

Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihəni təqdimatını edib. O, ölkədə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan layihə 2023-cü il oktyabrın 15-dək qədər icra olunacaq. Bu müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi