Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurunu Sinqapurda keçirilən “Festival of Innovation Awards 2024” beynəlxalq müsabiqəsində əldə edib.
"Report" xəbər verir ki, “GovInsider” beynəlxalq qurumu tərəfindən təşkil olunan müsabiqədə DSMF-nin son illər malik olduğu uğurlu islahatlar təcrübəsi yüksək dəyərləndirilib və Fond müsabiqənin qalibi olub.
Beləliklə, 27 ölkədən 1 600-dən çox nümayəndənin iştirakı ilə təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında DSMF “Qalib” mükafatı ilə təltif edilib.
Fond bu mükafata sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb.