Dövlət Komitəsi: "İmişlidə 11 yaşlı qızın zorlanması ilə bağlı araşdırmalar davam edir"

Dövlət Komitəsi: "İmişlidə 11 yaşlı qızın zorlanması ilə bağlı araşdırmalar davam edir" "İmişlidə atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı hadisəyə həmin dəqiqə reaksiya verdik. Hər bir qurumun bu məsələdə öz məsuliyyəti var. Hüquq mühafizə orqanları öz işlərini görürlər".
Sosial müdafiə
12 Noyabr , 2021 13:26
Dövlət Komitəsi: İmişlidə 11 yaşlı qızın zorlanması ilə bağlı araşdırmalar davam edir
Aynur Sofiyeva

"İmişlidə atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı hadisəyə həmin dəqiqə reaksiya verdik. Hər bir qurumun bu məsələdə öz məsuliyyəti var. Hüquq mühafizə orqanları öz işlərini görürlər".

Bu fikirləri "Report"a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, azyaşlı tibbi xidmətlərlə təmin olunub: "Səhiyyə öz işini qurdu. Bizim də əsas işimiz o oldu ki, ailədə başqa uşaq varsa, onlarla işi qurmaq lazımdır. Təcili icra hakimiyyəti ilə əlaqə qurduq. Məlum oldu ki, qızın bir qardaşı da var. Təcili psixoloq göndərildi. Sosial Xidmətlər Agentliyi ilə birgə ailə ilə işimizi qurandan sonra Mərkəzə yerləşdirildi. Hazırda qızımız o mərkəzdədir. İşi davam etdiririk".

"Azyaşlının əməliyyatdan əvvəl vəziyyəti çox pis idi və ancaq anasını istəyirdi. Biz də məcbur olduq ki, ananı İmişlidən gətizdirək. Hazırda ana və qardaşı ilə birgə sığınacaqda qalır. Ananın günahkar olub-olmaması istintaq zamanı məlum olacaq. Əgər ananın günahı təsdiqlənərsə, uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcək. Əks halda isə anaya veriləcək", - deyə A.Sofiyeva bildirib.

Son xəbərlər

Orphus sistemi