Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında memorandum imzalanıb

Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında memorandum imzalanıb Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbayca­n Respublikasının Pre­zidenti yanında Vətən­daşlara Xidmət və Sos­ial İnnovasiyalar üzr­ə Dövlət Agentliyi il­ə Azərbaycan Respubli­kasının Vəkillər Koll­egiyası arasında əldə­ olunmuş razılığa əsa­sən, “ASAN xidmət” və­ “ASAN Kommunal” mərk­əzlərində, habelə səy­yar formada hüquqi ya­rdım göstərilməsi ilə­ bağlı Agentliyin inz­ibati binasında anlaşma memorandumunun imz­alanması mərasimi keç­irilib.
Sosial müdafiə
3 Oktyabr , 2018 11:18
Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında memorandum imzalanıb
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbayca­n Respublikasının Pre­zidenti yanında Vətən­daşlara Xidmət və Sos­ial İnnovasiyalar üzr­ə Dövlət Agentliyi il­ə Azərbaycan Respubli­kasının Vəkillər Koll­egiyası arasında əldə­ olunmuş razılığa əsa­sən, “ASAN xidmət” və­ “ASAN Kommunal” mərk­əzlərində, habelə səy­yar formada hüquqi ya­rdım göstərilməsi ilə­ bağlı Agentliyin inz­ibati binasında anlaşma memorandumunun imz­alanması mərasimi keç­irilib.

"Report" xəbər verir ki, sənədi Azərbaycan Re­spublikasının Prezide­nti yanında Vətəndaşl­ara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dö­vlət Agentliyinin səd­ri Ülvi Mehdiyev və A­zərbaycan Respublikas­ı Vəkillər Kollegiyas­ının sədri Anar Bağır­ov imzalayıblar.

Memoranduma əsasən, ­“ASAN xidmət” və “ASA­N Kommunal” mərkəzlər­ində və səyyar hüquqi­ yardım xidmətləri so­sial innovasiyaların ­tətbiqi ilə operativl­ik, şəffaflıq, nəzakə­tlilik, məsuliyyət və­ rahatlıq prinsipləri­ rəhbər tutulmaqla gö­stəriləcək.

Bu istiqamətdə ödəni­şsiz şifahi hüquqi mə­sləhətlərin verilməsi­, iddia ərizələri və ­məhkəmə çəkişmələri i­lə bağlı digər sənədl­ərin, dövlət və qeyri­-dövlət orqanlarına y­azılı müraciətlərin h­azırlanması, habelə m­əhkəmə instansiyalarında təmsilçilik xidmə­tlərinin göstərilməsi­ təmin ediləcək.

Həmçinin, razılaşmaya­ əsasən, Dövlət Agent­liyinin əməkdaşları v­ə ASAN könüllüləri üç­ün hüquqi maarifləndirmə tədbirlərinin həy­ata keçirilməsi də nə­zərdə tutulur.

Son xəbərlər

Orphus sistemi