Bakı. 20 noyabr. REPORT.AZ/
"Report" xəbər verir ki, tədbirdə Baş nazirin müavini
Baş nazirin müavini Əli Əhmədov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
“E-sosial” internet portalı, Nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi də təqdim olunub.
Təqdimatı edən Nazirliyin şöbə müdiri Kənan Əskərov qeyd edib ki, “e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır: "Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda vətəndaşa proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir. Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar aparılmaqla, hüquqları barədə məlumat veriləcək. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intelektual analizlər apararaq interaktiv təşəbbüslərlə cıxış edəcək. Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN imza ilə daxil olmaq olar".
K.Əskərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqosunda istifadə olunan komponentlər Nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır.
O bildirib ki, bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəfaflığı ifadə edir: "Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Yeni loqodakı mesajlar Nazirliyin yeni qurulan rəsmi internet saytının da məramını ifadə edir. Yeni sayt - www.sosial.gov.az istifadəçiyə nazirlik, Nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir, bu xidmətlərə müraciət üçün prosedurları sadə şəkildə izah edir, həmçinin e-xidmətlərə birbaşa çıxışa imkan yaradır".