Deputat: DOST konsepsiyası 159 xidmətin “bir pəncərə”dən təqdim olunmasına imkan yaradıb 

Deputat: DOST konsepsiyası 159 xidmətin “bir pəncərə”dən təqdim olunmasına imkan yaradıb  DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb.
Sosial müdafiə
21 Noyabr , 2024 11:29
Deputat: DOST konsepsiyası 159 xidmətin “bir pəncərə”dən təqdim olunmasına imkan yaradıb 
Musa Quliyev

DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb:

"Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi (50 milyon manat), eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri (37 milyon manat) ümumilikdə 87 milyon manat məbləğində proqnozlaşdırılır.

2019-cu ilin may ayında ilk DOST Mərkəzi açılıb. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərə cari ildə 720 mindən çox vətəndaşımız müraciət edib və məmnunluq indeksi 98,3 faiz təşkil edib.

Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar".

Son xəbərlər

Orphus sistemi