Dekabrın 31-də Bakı Metropoliteninin iş qrafiki fərqli olacaq

Dekabrın 31-də Bakı Metropoliteninin iş qrafiki fərqli olacaq Nəsimi Paşayev: "Sərnişinlərimizdən xahiş edirik ki, metronun "28 May" və ya "İçərişəhər" stansiyasından istifadə etsinlər"
Sosial müdafiə
29 Dekabr , 2017 15:32
Dekabrın 31-də Bakı Metropoliteninin iş qrafiki fərqli olacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 31-də "Bakı Metropoliteni" QSC-nin iş qrafiki fərqli olacaq.

Bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, dekabrın 31-də metro sərnişinlərə bir saat çox xidmət göstərəcək: "Çünki Dənizkənarı Milli Parkda gecə saat 00:00-da atəşfəşanlıq olacaq. Atəşfəşanlığa baxmağa gələn sərnişinləri mənzil başına çatdırmaq üçün metronun iş qrafiki 01:00-dək artırılıb".

N.Paşayev qeyd edib ki, ötən illərdə sərnişinlər Dənizkənarı Milli Parka daha yaxın olması səbəbindən "Sahil" stansiyasından çox istifadə edirdilər: "Bu il isə "Sahil" stansiyası təmirə bağlandığı üçün, sərnişnlərimizdən xahiş edirik ki, metronun "28 May" və ya "İçərişəhər" stansiyasından istifadə etsinlər".

Son xəbərlər

Orphus sistemi