Bu il Naxçıvanda 1500-ə yaxın aztəminatlı ailəyə aktivlər veriləcək

Bu il Naxçıvanda 1500-ə yaxın aztəminatlı ailəyə aktivlər veriləcək Bu il “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikada 1500-ə yaxın şəxsə aktivlər veriləcək.
Sosial müdafiə
18 Aprel , 2023 13:44
Bu il Naxçıvanda 1500-ə yaxın aztəminatlı ailəyə aktivlər veriləcək

Bu il “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikada 1500-ə yaxın şəxsə aktivlər veriləcək.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə bildirib.

O deyib ki, ötən il muxtar respublikada 400-ə yaxın ailə özünəməşğulluq proqramına cəlb edilib. Bu il isə mərhələli şəkildə 1500-ə yaxın aztəminatlı ailənin öz fərdi təsərrüfatlarını formalaşdırmaq üçün aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, artıq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti də fəaliyyətə başlayıb. 255 qısa nömrəsi və 545-64-58 nömrəli qaynar xətti nazirliyin səlahiyyətlərinə dair məsələlərin, o cümlədən məşğulluqla bağlı sualların operativ şəkildə cavablandırılması məqsədi ilə ayrılıb və həftənin iş günləri səhər saat 09:00-dan axşam saat 18:00-dək vətəndaşların xidmətindədir.

Son xəbərlər

Orphus sistemi