Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzi açıla bilər

Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzi açıla bilər Bu il 6 ASAN xidmət və 1 ASAN Kommunal mərkəzinin açılması gözlənilir.
Sosial müdafiə
28 Yanvar , 2020 12:44
Bu il 6 ASAN xidmət və 1 ASAN Kommunal mərkəzi açıla bilər
Ülvi Mehdiyev / Report / Elchin Murad

Bu il 6 ASAN xidmət və 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir.

"Report'' xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunlar Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 "ASAN xidmət" mərkəzi ilə yanaşı, 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir: "Eyni zamanda yeni "INNOLAND" mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin, "StartupFest 2019" adlı beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur''.

Sədr bildirib ki, həmçinin Qubada ABAD qablaşdırma fabriki açılacaq: "Bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib".

Son xəbərlər

Orphus sistemi