Biləsuvarda səyyar “ASAN xidmət” fəaliyyətə başlayıb

Biləsuvarda səyyar “ASAN xidmət” fəaliyyətə başlayıb Biləsuvar rayonunda Səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətə başlayıb.
Sosial müdafiə
7 Sentyabr , 2022 17:11
Biləsuvarda səyyar “ASAN xidmət” fəaliyyətə başlayıb

Biləsuvar rayonunda Səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətə başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, İmişli “ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu Biləsuvar rayonunda sakinlərə səyyar xidmət göstərir.

Rayon sakinləri əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Xarici pasportun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.

Son xəbərlər

Orphus sistemi