Bəzi şəhər və rayonlarda icbari tibbi sığorta iyul - sentyabrda baş tutacaq - QƏRAR

Bəzi şəhər və rayonlarda icbari tibbi sığorta iyul - sentyabrda baş tutacaq - QƏRAR Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.
Sosial müdafiə
26 Mart , 2020 20:54
Bəzi şəhər və rayonlarda icbari tibbi sığorta iyul - sentyabrda baş tutacaq - QƏRAR

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında icbari tibbi sığortanın tətbiqi iyul - sentyabr aylarında baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında icbari tibbi sığortanın tətbiqi aprel - iyun aylarında nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi