Beynəlxalq Aşpazlar Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Aşpazlar Günü ilə bağlı tədbir keçirilib Beynəlxalq Aşpazlar Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və yaradıcılıq Mərkəzində tədbir keçirilib.
Sosial müdafiə
20 Oktyabr , 2022 12:47
Beynəlxalq Aşpazlar Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Aşpazlar Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və yaradıcılıq Mərkəzində tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Moldovanın Azərbaycanda səfərdə olan əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov iştirak edib.

Həmçinin tədbirdə dövlət qurumlarının nümayəndələri, hotel və restoran şəbəkələrinin rəhbərləri, eləcə də respublikanın tanınmış və peşəkar aşpazları iştirak ediblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq çərçivəsində qonaqlara Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış bu məkanda həssas əhali qrupuna aid olan şəxslərə göstərilən xidmət istiqamətləri barədə məlumat verilib.

Mərkəzin foyesində təlimçilər - Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Eynur Nağdəliyevin xüsusi ustad dərsləri təşkil olunub.

Mərkəzin mətbəxində kulinariya istiqaməti üzrə təlim alan benefisiarlar müxtəlif çeşiddə yeməklər hazırlayıb, bacarıqlarını nümayiş etdiriblər.

Aksiyaya 20-dən çox şəhid ailəsi üzvü, Mərkəzin benefisiarları-valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan və sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunublar.

Tədbir çərçivəsində Mərkəzin benefisiarlarının ifasında konsert proqramı, əl işlərindən ibarət satış-sərgi də nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi