Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib

Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülərin müəyyən edilərək barələrində qanunvericiliyin tələblərin uyğun tədbirlər görülməsi məqsədilə nəzarət-yoxlama tədbirl
Sosial müdafiə
13 İyun , 2023 18:47
Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülərin müəyyən edilərək barələrində qanunvericiliyin tələblərin uyğun tədbirlər görülməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıran, konstruksiya dəyişikliyinə yol verən avtonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Yerində aradan qaldırılması mümkün olmadığından avtomobillər müvəqqəti duracağa yerləşdirilib və sürücülər barəsində inzibati protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi