"Baku Business Factory" Azərbaycan Universitetində seminar keçirib

"Baku Business Factory" Azərbaycan Universitetində seminar keçirib Tələbələr BBF-də yaradılan imkanlar haqqında məlumatlandırılıblar
Sosial müdafiə
23 Dekabr , 2015 17:28
Baku Business Factory Azərbaycan Universitetində seminar keçirib

Bakı. 23 dekabr. REPORT.AZ/ "Baku Business Factory" (BBF) Azərbaycan Universitetində təqdimat və seminar təşkil edib.

"Report" xəbər verir ki, "Tələbə və Biznes" mövzusunda keçirilən seminarın məqsədi tələbələrin biznesə olan marağının artırılması, onların bu sahədə maarifləndirilməsi və onlar üçün BBF-də yaradılan imkanlar haqqında onların məlumatlandırılmasıdır.

Seminarda BBF-in layihə meneceri Toğrul Səmədov şəxsi biznesin qurulması ilə bağlı təcrübələrini tələbələrlə bölüşüb.

T.Səmədov təqdimatın sonunda tələbələrin suallarını da cavablandırıb. Qeyd olunub ki, bu, BBF tərəfindən universitetlərdə keçirilən ikinci seminardır və bu cür təqdimatlar digər universitetlərdə də həyata keçiriləcək.

Qeyd edək ki, "Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi və sahibi, azərbaycanlı iş adamı Anar Əlizadə tərəfindən təsis edilən sosial missiyalı biznes inkubasiya mərkəzidir. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir. Hazırda mərkəzdə 17 müxtəlif biznes layihəsi və 3 nəfər frilanser BBF-in imkanlarından yararlanır.

“Baku Business Factory” (BBF) şəhərin mərkəzində Nizami küçəsi, 203 ünvanında, AF Business House-un 3-cü mərtəbəsində yerləşir. BBF-in rəsmi saytı: www.bbf.az-dır.

Son xəbərlər

Orphus sistemi