Bakıda ​tullantılar arasından 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb

Bakıda ​tullantılar arasından 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb Tapılan əşyalar polisə təhvil verilib
Sosial müdafiə
22 Aprel , 2016 14:10
Bakıda ​tullantılar arasından 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb

Bakı. 22 aprel. REPORT.AZ/ “Təmiz Şəhər” ASC zavodda aşkar etdiyi 4 ədəd avtomobil seriya nömrəsini, 44 ədəd müxtəlif növ sənədi, 21 bank kartını polisə təhvil verib. Bu əşyalar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) şəhərdən yığılmış məişət tullantıları arasında aşkar edilib.

Bu barədə “Report”a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bakıdan yığılan tullantılar BMTÇZ-də “Təmiz Şəhər”ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir.

İş prosesi zamanı tullantılar arasında tullantı olmayan əşyalara (sənəd, nömrə, silah, pul, dəyərli əşya və s.) rast gəlindikdə isə, onlar götürülərək aidiyyəti üzrə təhvil verilir.

Sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var.

Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər.

Son xəbərlər

Orphus sistemi