Bakı. 21 sentyabr. REPORT.AZ/ Dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti 2018-ci ilin ən təhlükəsiz şəhərlərinin reytinqini dərc edib.
“Report” xəbər verir ki, ümumiyyətlə, 327 şəhərdəki kriminal vəziyyəti təhlil edən ekspertlər ən təhlükəsiz şəhərin kriminal düsturu 13,63 faiz, təhlükəsizlik düsturu 86,37 faiz olan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi olduğu qənaətinə gəliblər.
Sonrakı yerlərdə Doha (Qətər, kriminal düsturu 14,48 faiz), Bazel (İsveçrə, kriminal düsturu 16,01 faiz), Sinqapur (kriminal düsturu 16,23), Kvebek (Kanada, kriminal düsturu 16,43), Osaka (Yaponiya, kriminal düsturu 16,77), Tokio (Yaponiya, kriminal düsturu 16,86), Bern (İsveçrə, kriminal düsturu 17,24), Münhen (Almaniya, kriminal düsturu 17,45), Sürix (İsveçrə, kriminal düsturu 19,01) qərarlaşıb. Bakı isə 26,75 faizlik kriminal düsturu ilə bu siyahının 42-ci pilləsində qərarlaşıb.
Ən təhlükəli şərait isə San Pedro Sula (Honduras, kriminal düsturu 85,18 faiz), Karakas (Venezuela, kriminal düsturu 82,55), Port Morsbi (Papua – Yeni Qvineya, kriminal düsturu 80,68) şəhərlərindədir.