Həmin vəsaitin 26 037 manatını əmək haqları, 290 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Eyni zamanda, son bir ayda işdən qeyri-qanuni şəkildə azad olunduğu aşkar edilən 2 nəfər öz işinə bərpa etdirilib.
Əmək haqları və digər sosial xarakterli ödənişlərin verilməsi sahəsində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi bu sahədə müsbət dinamika ilə müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayı ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği son bir ayda 19,8 faiz azalıb.