“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans keçirilir

“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans keçirilir Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans işə başlayıb. 
Sosial müdafiə
8 Dekabr , 2017 12:55
“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans keçirilir
Report/ Firi Salim

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans işə başlayıb. 

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər.

S.Müslümov bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib: “Çünki peşə standartlarının tətbiqi nəticəsində əmək bazarında işçilərin peşə və ixtisaslarına olan tələblərlə bağlı daimi institutlaşmış informasiya bazası, kadr hazırlığı sistemində bu tələbləri müəyyən etməyə imkan verən mənbə formalaşır”.

Nazir qeyd edib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsi də yaradılıb. Hazırda nazirliyin rəsmi internet səhifəsində də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır: “Hazırlanmış standartlar müəssisələr tərəfindən də geniş istifadə olunur. Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib”.

S.Müslümov diqqətə çatdırıb ki, peşə standartlarının hazırlanması üzrə aparılan işlərin davamlılığını təmin etmək məqsədilə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində Peşə standartları sektoru yaradılıb: “ATF-in dəstəyi ilə nazirliyin əməkdaşları peşə standartlarının hüquqi statusunu müəyyən etmək məqsədilə bu sahədə böyük nailiyyətlər əldə etmiş Estoniya və Türkiyənin müvafiq təcrübəsini öyrəniblər. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi prosedurlarını tənzimləyəcək Qaydaların və metodiki tövsiyələrin layihəsi də hazırlanıb: “Həmin normativ-hüquqi aktların beynəlxalq standartlara və milli qanunvericilik sisteminə uyğunlaşdırılması və müvafiq hüquqi bazanın yaradılması üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə gələn ilin əvvəlindən yeni layihəyə başlanması nəzərdə tutulur. Bu işlər, həmçinin “Ömürboyu Təhsil Üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi, “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması əmək bazarı ilə təhsil sistemi arasında uyğunluğun təmin olunmasında əhəmiyyətli rol oynayacaq”.

Nazir vurğulayıb ki, Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması ilə bağlı tədbirin həyata keçirilməsi də ATF ilə əməkdaşlıq çərçivəsində reallaşacaq. Əmək bazarında tələb və təklifin proqnozlaşdırılması kimi vacib funkiyanı yerinə yetirəcək institusional sistemin, Azərbaycan Respublikasında Milli Observatoriyanın yaradılması ölkə iqtisadiyatı üçün əhəmiyyətli olacaqdır: “Təcrübə göstərir ki, hər bir ölkə üçün insan kapitalına yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Peşə standartları da işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə, bununla da əmək məhsuldarlığının artımına, iqtisadiyyatın səmərəliliyinə və rəqabət qabiliyyətliliyinə xidmət edir”.

Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems

Y.Villems ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında və ATF-in dəstəyi ilə peşə standartlarının hazırlanması prosesinin həm iqtisadi inkişafın, həm də əmək resurslarının səmərəli məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb etdiyini, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin qarşıdakı dövrdə də bu işlərə dəstək vermək məramında olduğunu söyləyib.

Daha sonra Azərbaycanda peşə standartları ilə bağlı Avropa Təlim Fondu tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə dair təqdimat olub. Konfrans çərçivəsində Azərbaycanda Peşə Standartlarının gələcək istifadəsi ilə bağlı yol xəritəsinin hazırlanması məsələlərinə dair “Peşə standartlarının təbliğatı – bu standartların istifadəçilərə çatdırılması”, “Peşə standartları üçün hüquqi və institutsional imkanların gücləndirilməsi”, “Peşə standartları üzrə planın hazırlanması”, “Ömürboyu təhsil üzrə peşə standartlarından istifadə” mövzularında plenar-seminarların keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi