Azərbaycanda əmək pensiyaları 160 manata çatdırılacaq, 233 min nəfərin pensiyasında artım olacaq - ƏLAVƏ OLUNUB

Azərbaycanda əmək pensiyaları 160 manata çatdırılacaq, 233 min nəfərin pensiyasında artım olacaq - ƏLAVƏ OLUNUB Bakı. 14 fevral. REPORT.AZ/ Əmək pensiyasının minimum məbləği martın 1-dən artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq.
Sosial müdafiə
14 Fevral , 2019 14:09
Azərbaycanda əmək pensiyaları 160 manata çatdırılacaq, 233 min nəfərin pensiyasında artım olacaq - ƏLAVƏ OLUNUB
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev / Report / Elchin Murad

Bakı. 14 fevral. REPORT.AZ/ "Əmək pensiyasının minimum məbləği martın 1-dən artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub: "Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək".

Nazir deyib ki, 160 manatdan çox pensiya alan şəxslərin pensiyasında 3 faiz artım olacaq.

Son xəbərlər

Orphus sistemi