Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib

    Mərkəz Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək

    Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

    Məlumat verilib ki, mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Bina iki mərtəbədən ibarətdir. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri təşkil edilib. Burada hüquqi yardım, tərcümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-uşaq, UNİCEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq əyləncə mərkəzi vardır.

    Mərkəzin qarşısında 150 avtomobil üçün dayanacaq yaradılıb.

    5 saylı Bakı "ASAN xidmət" mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.

    Dövlət başçısı mərkəzdə yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi