Bakı. 10 yanvar. REPORT.AZ/ “ASAN Viza” portalı (
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.
Xatırladaq ki, ötən ilin dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.