Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək
Sosial müdafiə
- 05 mart, 2025
- 10:49
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 14-də Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar martın 5-7-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vurğulanıb ki, vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Son xəbərlər
07:16
Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq
Digər ölkələr06:51
Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb
Maliyyə04:41