Aprelin 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şura üzvlüyünə növbəti seçki keçirilib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.
Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
1. Firuzə Rəsulova - “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi;
2. Qəmərxanım Cavadlı- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini;
3. Müslüm Məmmədov - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi;
4. Məryəm Məcidova - “Gender Hub’’ İctimai Birliyi;
5. Şəmil Sadiq - “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi;
6. Ülvi Əliyev - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi;
7. Venera Əsgərova - “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyi.
Qeyd edək ki, seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib.
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.





