Yuxarı

Ağdamlı seçicilər: "Biz yekdilliklə Bəxtiyar Əliyevə səs verəcəyik"

Bəxtiyar Əliyev Bərdənin Yeni qəsəbəsində məskunlaşan seçicilərlə görüşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı şəhərində və Abşeron rayonunda məskunlaşan seçicilərlə görüşlərini başa çatdıran 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev rayonlarda yaşayan ağdamlı seçicilərlə görüşlərə başlayıb.

"Report" xəbər verir ki, B.Əliyev Bərdə rayonunda məcburi köçkünlər üçün salınan Yeni qəsəbədə məskunlaşan ağdamlılarla görüşüb.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib. O, Milli Məclisdə təmsil olunduğu dövrdə yalnız deputat seçildiyi dairənin sakinlərinin deyil, bütün Ağdam camaatının problemlərini daimi diqqət mərkəzində saxladığını bildirib. B.Əliyev deyib ki, ağdamlıların bütün müraciətlərinə həssaslıqla yanaşıb: "Bunu etmək deputat kimi mənim vəzifəmdi. Amma deputat kimi vəzifəm olmamışdan əvvəl bir ağdamlı, bir ziyalı kimi borcumdur. Bu işləri görmək, sizlərin ən kiçik bir problemini həll etmək mənə ürək rahatlığı verir".

B.Əliyev əsası ulu öndərHeydər Əliyevtərəfindən qoyulan və Azərbaycan Prezidentiİlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə danışıb.

O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub: "Belə abad və yaşamaq üçün hər cür şəraiti olan qəsəbənin salınması Prezidentimiz İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidi. Ağdamın işğaldan azad olunacağına, bizim o yerlərə qayıdacağımıza və orada da belə gözəl kəndlərin, qəsəbələrin tikiləcəyinə heç kimin şübhəsi olmasın".

B.Əliyev palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.

Görüşdə iştirak edən seçicilər B.Əliyevin seçki platformasını maraqla qarşılayıblar. Çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev daima onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Ağdamlılar öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim hamımız noyabrın 1-də yekdilliklə Bəxtiyar Əliyevə səs verəcəyik".

B.Əliyev görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə seçicilərə təşəkkürünü bildirib.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış ağdamlılarla görüşüb.

Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi