Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir

Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir
Xarici siyasət
20 May , 2016 14:39
Brüsseldə NATO-nun Əfqanıstandakı Qətiyyətli dəstək əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir

Bakı. 20 may. REPORT.AZ/ Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir.

"Report" xəbər verir ki, tərbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, iştirakçı ölkələrin XİN rəhbərləri iştirak edir.

İclasın açılışında iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq əməliyyatın nəticələri haqqında danışıb. 

Onun sözlərinə görə, təhlükəsizlik məsələləri Əfqanıstanda günün tələbi olaraq qalmaqda davam edir. Lakin baş katib ötən illər ərzində tərəqqinin əldə olunduğunu qeyd edib və bu işdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin  xidmətini vurğulayıb. 

O, həmçinin bildirib ki, iclasda Əfqanıstana siyasi, hərbi və maliyyə yardımı müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi