Yuxarı

Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir

Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir

Bakı. 20 may. REPORT.AZ/ Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" əməliyyatının iştirakçı ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir.

"Report" xəbər verir ki, tərbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, iştirakçı ölkələrin XİN rəhbərləri iştirak edir.

İclasın açılışında iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq əməliyyatın nəticələri haqqında danışıb. 

Onun sözlərinə görə, təhlükəsizlik məsələləri Əfqanıstanda günün tələbi olaraq qalmaqda davam edir. Lakin baş katib ötən illər ərzində tərəqqinin əldə olunduğunu qeyd edib və bu işdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin  xidmətini vurğulayıb. 

O, həmçinin bildirib ki, iclasda Əfqanıstana siyasi, hərbi və maliyyə yardımı müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi