Yuxarı

Bakıda YUNESKO-nun "İpək Yolu" onlayn-platformasının Beynəlxalq şəbəkəsinin iştirakçılarının 3-cü iclası keçiriləcək

Bakıda YUNESKO-nun "İpək Yolu" onlayn-platformasının Beynəlxalq şəbəkəsinin iştirakçılarının 3-cü iclası keçiriləcək

İclasda 25 üzv dövlətdən koordinatorlar, elm adamları və mütəxəssislər iştirak edəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Mayın 4-5-də Bakıda YUNESKO-nun "İpək Yolu" onlayn-platformasının Beynəlxalq şəbəkəsinin iştirakçılarının 3-cü iclası keçiriləcək. "Report" YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Azərbaycan hökumətinin dəstəyi ilə təşkil olunur.

İclasda 25 üzv dövlətdən koordinatorlar, eləcə də elm adamları və mütəxəssislər iştirak edəcək. İclas iştirakçıları öz ölkələrində İpək Yolu mövzusunda cari tədbirləri müzakirə edəcəklər. Görüşün əsas məqsədi Valensiyada (İspaniya) keçirilmiş ikinci iclasda işlənib hazırlanmış 2016-2018-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi olacaq.

Koordinatorların görüşü IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə mayın 5-6-da Bakıda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi