Yuxarı

Azərbaycanla Türkiyə arasında sənədlər imzalanıb

Azərbaycanla Türkiyə arasında sənədlər imzalanıb
Dövlət başçıları “Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar. 

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Yüksək Təhsil Qurumunun rəhbəri Yekta Saraç imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının təhsil naziri İsmet Yılmaz imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Nurettin Canikli imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi