ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltmasına münasibət bildirib

ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltmasına münasibət bildirib "Yardımın məbləği hələlik müəyyən edilməyib"
Xarici siyasət
13 Fevral , 2018 13:16
ABŞ səfiri USAİD-in Azərbaycana maliyyə yardımını azaltmasına münasibət bildirib
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta / Report/ Orkhan Azim

Kürdəmir. 13 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirib.

“Report”un Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonuna səfər edən səfir jurnalistlərə bildirib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: “ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən olunmayıb. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir. Əsas bir məsələni diqqətinizə çatdırım ki, ABŞ 1992-ci ildən Azərbaycana yardım edir. Məcburi köçkünlərə və müharibədən əziyyət çəkənlərə 100 000 000, Azərbaycan dövlətinin inkişafına isə 1.3 milyard dollardan çox yardım göstərib”.

Son xəbərlər

Orphus sistemi