​Ermənistan Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması layihəsi müzakirə olunub

Siyasət
  • 12 noyabr, 2014
  • 03:14
​Ermənistan Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması layihəsi müzakirə olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ Ermənistan Parlamenti "İrs" müxalifət fraksiyası tərəfindən təqdim olunan və müvafiq olaraq qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınmasını nəzərdə tutan " "Dağlıq Qarabağ Respublikası" və Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üzrə hərbi-siyasi əsasların konsepsiyaları haqqında" layihəni növbədənkənar qaydada müzakirəyə çıxarıb.

"Report" Novosti-Armeniya-ya istinadən xəbər verir ki, erməni parlamentarilər sentyabrda səs çoxluğu ilə sözügedən qanun layihəsini bir il müddətinə təxirə salmışdılar.

Parlamentin xarici əlaqələr daimi komissiyası qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə salınmasını məqsədəuyğun bilməmişdi.

Lakin "İrs" fraksiyası bu məsələnin təxirəsalınmaz olduğunu bəyan etdi və parlament növbədənkənar qaydada onun müzakirəsinə başladı.