YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşüblər

YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşüblər Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin Milli Məclisə səfəri təşkil olunub.
Daxili siyasət
24 May , 2019 10:21
YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşüblər
Report

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin Milli Məclisə səfəri təşkil olunub.

“Report” xəbər verir ki, ilk olaraq gənclər parlamentin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanışlıq olub. Səfər çərçivəsində parlament nümayəndələri ilə gənclərin görüşü də keçirilib.

Gəncləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar MuradovaValeh Ələsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qəbul edib. 

Görüşdən sonra keçirilməsi nəzərdə tutulan "dəyirmi masa"larda müxtəlif məsələlər üzrə geniş müzakirələrin aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi