Gürcüstanda gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
Sərgilər
- 15 dekabr, 2018
- 20:34
Tbilisi. 16 dekabr. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhərinin Tarix Muzeyində istedadlı gənc azərbaycanlı rəssam və heykəltəraş Rasim Həsənovun ilk fərdi sərgisi açılıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Rustavi şəhər meriyasının təşkilatçılığı ilə keçirilən “Gözlərinizi açacağam” adlı sərgidə müəllifin 15 əsəri təqdim olunub.
R.Həsənov əsərlərində yalnız rəssamlıq deyil, heykəltəraşlıq, qrafika və məişət əşyalarının sintezindən də istifadə edib. Sərginin əsas mövzusu cəmiyyəti narahat edən aktual sosial problemlərə həsr olunub.
Sərginin açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernator müavini Kaxa Koberidze, Rustavi meri İrakli Tabaqua, digər rəsmi şəxlər, azərbaycanlı gənclər və ziyalılar iştirak ediblər.
Son xəbərlər
06:39
Buşehr AES-in ərazisinə mərmi düşüb
Region06:12
Foto
Video
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Hadisə05:53
Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar
Digər ölkələr05:48
Yeni Zelandiya miqrasiya qaydalarını sərtləşdirir
Digər ölkələr05:17
Meksikada neft emalı zavodunda baş verən yanğında beş nəfər ölüb
Digər ölkələr04:44
İranın hücumu nəticəsində Tel-Əvivin şərqində iki nəfər ölüb
Digər ölkələr04:32
Salvadorun Konstitusiyası dəyişir
Digər ölkələr04:11
İran XİN ABŞ-nin hücum səbəbini təkzib edib
Region03:36