Xəyyam Fərzəliyev: "Əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyi artırılacaq"

Xəyyam Fərzəliyev: "Əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyi artırılacaq" "AzerGold" respublikamızın malik olduğu zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində də əlaqədar dövlət qurumları ilə birgə iş aparır.
Sənaye
17 Mart , 2022 12:50
Xəyyam Fərzəliyev: Əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyi artırılacaq

"AzerGold" respublikamızın malik olduğu zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində də əlaqədar dövlət qurumları ilə birgə iş aparır.

"Report"un məlumatına görə, bunu AzerGold QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev "Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti ilə birgə ölkə üzrə mövcud əlvan metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsi istiqamətində həyata keçirdiyi işlər buna əyani sübutdur: Sözügedən layihənin məqsədi ölkə üzrə əlvan metal filizi yataqları haqqında geoloji məlumatların düzgün təfsiri və öyrənilməsi, arxiv məlumatlarının təsnifatlandırılması, geoloji məlumatların beynəlxalq standartlara uyğun qaydada rəqəmsallaşdırılmasıdır. Layihə çərçivəsində Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar – xəritə, mətn və qrafik əlavələr elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb'.

O bildirib ki, görülən işlər ölkədə əlvan metal resurslarının mədənlər üzrə əhəmiyyətlilik və səmərəlilik dərəcəsinin müəyyənləşdirilməsinə imkan verəcək: "Həmçinin geoloji məlumatların rəqəmsallaşdırılması respublika üzrə əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq".​

Son xəbərlər

Orphus sistemi