Bakı. 5 fevral. REPORT.AZ/ Yaponiyanın ən böyük avtomobil istehsalçısı hesab olunan“Toyota” korporasiyası xaricdə satış həcminin artması və Yenin məzənnəsinin aşağı düşməsi səbəbindən cari maliyyə ilinin doqquz ayı ərzində əməliyyatlardan əldə etdiyi mənfəətin rekord həddə çatması barədə məlumat yayıb.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, Tokio Fond Birjasında hərracların bağlanışından dərhal sonra şirkət həmin məlumatı ictimaiyyətin diqqətinə çatdırıb.
Məlumatda qeyd edilir ki, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə aprel-dekabr ayları ərzində şirkətin satış əməliyyatlarından mənfəəti 13,9 faiz artaraq, 17 milyard 900 milyon dollar təşkil edib. Şirkətin təmiz gəliri isə 16,5 faiz artaraq, təqribən 20 milyard dollara bərabər olub.
“Toyota”nın nümayəndələri bildiriblər ki, martda başa çatacaq cari maliyyə ilində şirkətin əməliyyatlar və təmiz gəlir üzrə göstəriciləri rekord həddə çatacaq.