“Təmiz Şəhər”in Müşahidə Şurasının növbəti iclası keçirilib

“Təmiz Şəhər”in Müşahidə Şurasının növbəti iclası keçirilib “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş 10-cu iclası keçirilib.
Sənaye
29 Dekabr , 2022 12:40
“Təmiz Şəhər”in Müşahidə Şurasının növbəti iclası keçirilib

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş 10-cu iclası keçirilib.

Bu barədə "Report"a səhmdar cəmiyyətinin idarəetməyə verildiyi Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Məlumata görə, iclas Şuranın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilib. İclasda Şuranın üzvləri, “Təmiz Şəhər”in İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Holdinqin nümayəndələri də iştirak edib.

İclasda Cəmiyyətin 2022-ci il üzrə fəaliyyətinin yekunu ilə bağlı hesabatı dinlənilib, eyni zamanda “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində tullantıların yığılması, daşınması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması, idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.

Şuranın tərkibi ölkə prezidentinin 22 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən yenidən formalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi