Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub

Sosial müdafiə
  • 18 noyabr, 2026
  • 15:04
Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub

Cari ilin 9 ayında Azərbaycanda vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib və bu xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb.

Qeyd edilib ki, bu kateqoriyadan olan körpələr hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlardır. Onlar, adətən, az çəki ilə doğulur və tənəffüs pozğunluqları, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri, inkişaf geriliyi kimi sağlamlıq riskləri ilə üzləşirlər.

Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır.

Məlumatda həmçinin vurğulanıb ki, nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin icbari tibbi sığorta üzrə xidmətləri vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsini də əhatə edir.

44 filmi